Ağcabədidə güclü külək bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinlik yaradıb.
Ağcabədi rayonunun Kəhrizli kənd ərazisində ağac aşması nəticəsində 3 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
Rayon İcra Hakimiyyətinin Kəhrizli ərazi üzrə nümayəndəsi Ayaz Qəhrəmanovun APA-ya verdiyi bildirib ki, güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb. Kəhrizli, Kiçik Kəhrizli və Minaxorlu kəndlərinə elektrik enerjisinin verilməsində problem yaranıb.