Türkiyə prezidenti Ərdoğan bu gün Küveytə rəsmi səfərə gedib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan rəsmi qaravul dəstəsi ilə qarşılanıb.
Prezident Ərdoğan Küveyt Beynəlxalq Hava Limanında yeni tikilən terminalın təməlatma mərasımində iştirak edib.
Mərasimdə çıxış edən türk lider iki ölkə arasında yüksələn əməkdaşlıq və inkişafdan danışıb.
Onu da qeyd edək ki, Ərdoğanı səfərdə xarici işlər naziri Mövlüd Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, Enerji və təbii sərvətər naziri Berat Albayrak, Nəqiyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan müşaiyət ediblər.
Strateq.az