XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:23

Çin kəşfiyyatının keçmiş kuratoru həbs olundu

çjou Yunkanı keçən il partiyadan qovublar

Чжоу Юнкан

çin Ali Xalq Prokurorluğu (AXP) çin Kommunist Partiyası siyasi bürosunun daimi komitəsinin keçmiş üzvü çjou Yunkanı rüşvətxorluq və dövlət sirlərini açmaqda ittiham edib.

Strateq.az çin mətbuatına isnadən xəbər verir ki, prokurorluğun müəyyən etdiyinə görə, çjou Yunkan “rüşvət alıb, vəzifə məqamından sui-istifadə edib və dövlət sirlərini açıb”.

Açılmış sirlərin xarakteri barədə təfərrüatlar məlum deyl.

çjou Yunkan China National Petroleum dövlət neft şirkətinin top-menceri işlərkən və çin Kommunist Partiyasının ölkənin cənubi-qərbindəki Sıçuan əyalətində şöbə müdiri olarkən cinayətlər edib.

çjou Yunkanı keçən ilin dekabrında partiya intizamını pozmaqda şübhəyə görə partiyadan qovublar. Bu addım daha çox onu sonradan rüşvətxorluqda ittiham etmək üçün atılıb.

“Sinxua” agentliyinin məlumatına görə, keçmiş məmur vəkillərlə təmasda ola bilər.