XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 13:07

Tomas Qolts: “Azərbaycanda böyük dəyişikliklər görürəm” – MÖVQE

qolts.jpg

 

Montana universitetinin professoru, jurnalist və yazar Tomas Qolts noyabrın 1-i Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı mövqeyini “Amerikanın Səsi”nə açıqlayıb.

“Böyük dəyişikliklər görürəm. Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət tərəfdə çox sayda dostlarım var. Azərbaycana tez-tez gəlirəm. Azərbaycan iqtisadiyyatında neft olduqca böyük əhəmiyyət daşıyır. Neftin qiyməti, qazın qiyməti böyük ölkənin siyasi-iqtisadi həyatında böyük rol oynayır. Neft qiymətlərinin aşağı düşməsinin belə düşünürəm Azərbaycan üçün bəlkə də müsbət tərəfi var. Neftin qiyməti düşür, demək, Azərbaycanda başqa sənaye sahələri, kənd təsərrüfatı ilə məşğul olmaq lazımdır. Kənd təsərrüfatı, intetnet texnologiyaları sahələri inkişaf etdirilməlidir. Mənə elə gəlir ki, o proses bir qədər başlayıb. Bu deməkdir ki, Azərbaycanın iqtisadyyatı sadəcə neftə və qaza bağlı deyil və başqa sahələr də inkişaf etdirilir. Bu, müsbət inkişafdır və bəlkə bir gün olacaq Azərbaycan təkcə nefti ilə deyil, dünyada narı ilə də tanınacaq.”