XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 11:31

Səfirlik:"Moskvada azərbaycanlı və erməni gəncləri arasında gərginlik yaratmaq məqsədi ilə təxribat törədilib"

Mayın 9-da Moskva şəhərində «Бессмертный полк» hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında insident baş verib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Məlumatda bildirilir ki, səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.