XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 12:18

Bakıda Wi-Fi əhatə dairəsigenişləndirilib

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Ağ Şəhər”, “Sahil” parkı və Heydər Əliyev Mərkəzi parkının ərazisində Wi-Fi əhatə dairəsini genişləndirib.

Bunu Trend-ə İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, simsiz şəbəkənin genişləndirilməsi üzrə işlər “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Bu layihə hazırda Dənizkənarı Milli Park və İçərişəhər ərazisini əhatə edir.

Ödənişsiz şəbəkədən istifadə etmək üçün mobil telefonda “Baku loves you” şəbəkəsini seçmək lazımdır.