XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 13:51

Sinoptiklərdən xəbərdarlıq:"Hava şəraiti kəskin dəyişəcək"

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.