Bu gecə saat 4:00-da Türkiyədə saatlar bir saat geri çəkildi və yay vaxtı ləğv edidi.
Strateq.az xəbər verir ki, Türkiyədə də Azərbaycanda olduğu kimi, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtına keçid edilir. Lakin bu dəfə Türkiyə hökuməti 1 noyabr parlament seçkilərinə görə qış vaxtına keçidin ayın 8-dən olmasına qərar verdi.
Bununla Türkiyədə saat əqrəbləri yenə də Azərbaycan vaxtından iki saat geridə dövr edəcək.