"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət yığma komandası 2-ci turun oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib Özbəkistan millisi olub.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 47:21. İlk dəqiqələrdən aşkar üstünlüyə yiyələnən Azərbaycan millisi fasiləyə öndə çıxıb – 23:9. Fasilədən sonra isə fərq daha da artıb.
Turun digər oyununda Türkiyə Kamerunu çətinliklə yenib – 33:31 (19:16).
İlk turda isə Azərbaycan Kamerunu 28:26, Türkiyə Özbəkistanı 31:21 hesabı ilə məğlub edib.
Qrupda son turun oyunları mayın 11-də keçiriləcək: Azərbaycan – Türkiyə, Özbəkistan – Kamerun.
Qeyd edək ki, ilk 2 turdan sonra Azərbaycan və Türkiyənin hərəyə 4 xalı var. Özbəkistanla Kamerunun isə xalı yoxdur.