XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 18:38

“Qatar Airways” regional endirim kampaniyasınastart verib

"Qatar Airways" dünya boyunca 150-dən çox istiqamətdən hər-hansı birinə uçacaq olan və səyahətini öncədən planlaşdırılı erkən rezervasiya edən müştərilərinə inanılmaz endirim təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Qatar Airways"in qlobal şəbəkəsi boyunca bir çox istiqamətlər bu endirim kampaniyasına daxil edilib. Sözükeçən istiqamətlərə Sinay Yarımadası ölkələri, Asiya, Afrika, Amerika və Avstraliya qitələri boyunca olan bir çox şəhərlər daxil edilib. Ekonom sinifdə qiymətlər cəmi 520 AZN-dən başlayır.

Bu xüsusi təklif yalnız 9-15 May 2017 tarixləri müddətində bilet alışı üçün nəzərdə tutulub. Bu kampaniya çərçivəsində bilet almış müştərilər üçün səyahət müddəti 16 Avqust 2017 – 20 Mart 2018 tarixləri müddətində olacaq.

Erkən rezervasiya kampaniyası çərçivəsində bilet almaq üçün müştərilər Qatar Airways satış ofisi və turizm agentliklərinə yaxınlaşa bilər o cümlədən http://www.qatarairways.com/az/az/offers/regional-promotion.page

səhifəsinə daxil olaraq bileti sayt üzərindən əldə edə bilərlər.

Tələsin, endirimli qiymətə yerlər məhtuddur!

Səyahət planınıza Qatar-ı daxil edərək Dohada pulsuz bir gecəlik otel və tranzit viza əldə edə bilərsiniz. Bunun üçün biletinizi www.qatarairways.com saytından almalı və daha sonra onlayn qaydada vizaya müraciət etməlisiniz. Sözükeçən kampaniya üçün şərt və məhtudiyyətlər şamil edilir, ətraflı məlumat almaq üçün sayta daxil olun.