Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysini həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.
Hadisə yerindən Trend-ə verilən məlumata görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.