XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 11:04

Əlahiddə hazırlıq – 12 min polis ayrıldı

Türkiyə hökuməti noyabrın 15-16-da Antalyada keçiriləcək “G-20” ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir.

“Azərtac” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib.

Antalya valisi Muammer Türker “G-20” zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.