XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2015 - 11:44

Dənizkənarı parkda bədbəxt hadisə – 4 yaşlı uşaq karuseldən yıxıldı

Dənizkənarı Milli Parkın ərazisindəki attraksionlardan birində bədbəxt hadisə baş verib.

Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Ruziyə Şahməmmədova ilə birgə parka gələn onun oğlu, 2011-ci il təvəllüdlü Quliyev Məmmədəli Qurban oğlu karuseldən yıxılıb. 4 yaşlı uşaq dərhal xəstəxanaya aparılıb.

R.Şahməmmədova hadisəyə atraksionda çalışan şəxslərin məsuliyyətsizliyinin səbəb olduğunu bildirib. O, hadisə ilə bağlı artıq polisə müraciət edib(lent.az).