XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 11:22

“Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir” –ISESCO-nun baş direktoru

“Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir”.  

Bunu İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı olduğu zaman səfərlə bağlı təəssüratlarını Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları ilə söhbətində deyib.

Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, prezidenti İlham Əliyevin iştirakı ilə kampusun açılışından sonra BANM-in ilk qonağı olmaq onun üçün böyük şərəfdir:

 “Dövlət başçısı ilə görüş zamanı mən onu dünya standartlarına cavab verən müasir təhsil müəssisəsinin açılışı münasibətilə təbrik etdim. Bu gün mən BANM-in kollektivini belə gözəl kampusa malik olmağı münasibətilə təbrik edirəm. Əminəm ki, yeni açılan tələbə şəhərciyi BANM-ə dünyanın hər yerindən tələbələr, müəllimlər və elm adamlarını dəvət etməyə imkan verəcək.

Hazırda Bakı dünya ictimaiyyətinin diqqət mərkəzindədir, Azərbaycan isə bütün dünya üçün uğur modeli nümunəsinə çevrilmədədir. Şahidi olduğum bu böyük dəyişikliklər, heyrətamiz nailiyyətlər və son on ildəki inkişaf tempini analoqu olmayan və unikal adlandırmaq olar. Azərbaycanın qısa müddət ərzində qazandığı nailiyyətlər bir möcüzədir və BANM-in əməkdaşları və tələbələri bunlarla həqiqətən fəxr edə bilərlər. Bu gün Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir.

Sizlərə – professorlara, tələbələrə və bütün kollektivinizə yeni-yeni uğurlar arzulayır və inandırmaq istəyirəm ki, ISESCO və İslam Dünyası Universitetləri Federasiyası gələcəkdə də BANM-lə sıx əməkdaşlığı inkişaf etdirəcək. Əminliklə deyə bilərəm ki, BANM yalnız təhsil müəssisəsi olmayacaq, hətta, yaxın gələcəkdə beynəlxalq bilik və təcrübə mübadiləsi üçün forum, geniş masştablı elmi tədqiqatlar üçün mərkəz olmaq imkanlarını reallaşdıracaq. Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”.