XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 17:42

“Neftçi” ən zəif komandaya da uduzdu, “Xəzər Lənkəran” “Qarabağ”la bacarmadı

Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir. “Neftçi” çempionatın autsayderi “Rəvan”ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66') vurmaqla oyunun taleyini dəyişiblər. 

Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu “Neftçi”nin təsəlli qolundan başqa bir şey olmayıb – 2:3. Bu, “Rəvan”ın cari mövsümdə ilk qələbəsidir. 12 oyundan sonra “Neftçi” 13 xalla 6-cı, “Rəvan” isə 5 xalla sonuncu – 10-cu pillədədir.

“Xəzər Lənkəran” doğma meydanda çempionatın lideri “Qarabağ”ı qəbul edib.

Azarkeşlər oyunda bir qol görüblər. 33-cü dəqiqədə Əfran İsmayılov Ağdam təmsilçisinə qələbə gətirən qola imza atıb. Beləliklə, “Qarabağ” 12 oyundan sonra xalını 29-a yüksəldib. Lənkəran təmsilçisi isə 12 xalla 7-cidir(Trend).