"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimində 30-dək beynəlxalq federasiyanın prezidentləri və rəhbər şəxslərinin iştirakı gözlənilir.
Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazir bildirib ki, mərasimdə digər ölkələrin prezidentlərinin iştirakı təsdiqlənməyib/Report.
Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.