XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 16:22

ARDNF-də Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya nümayəndələri ilə görüş olub –Müzakirə

Bu gün Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

ARDNF-dən Strateq.az-a verilən məlumata görə, HSŞ üzrə Komissiyanın üzvləri – vergilər nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Natiq Abbasov, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti GaryJones, TPAO və TPO LTD şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin müdiri Saliha Dündar, Total Abşeron şirkətinin baş meneceri Denis Le Marşal, "ONGC Videsh Limited” şirkətinin ölkə üzrə meneceri Somnat De, "RV Investment Group Services LLC” şirkətinin prezidenti Reza Vəziri, "SGC Upstream” şirkətinin baş direktoru Tural Mənsimov, Petronas şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Talib Hanafi, "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, "Naftiran Intertrade Co Limited” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Mehdi Cavadi və digər şirkətlərin nümayəndələri görüşdə iştirak ediblər.

Görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.

Görüş iştirakçıları tərəfindən hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin HSŞ üzrə hesabatlılıq prosesində iştirakı, HSŞ üzrə Komissiyanın yerli və xarici hasilat şirkətləri ilə əməkdaşlığına dair razılaşma sənədinin layihəsi və digər məsələlər müzakirə edilib.