XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 17:18

Qarabağda 3 erməni əsgəri öldü –Səbəb

İşğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş Ermənistan ordusunda özbaşınalıq halları pik nöqtəsinə çatıb.

Bunu davamlı şəkildə ordudakı ölüm halları ilə bağlı yayılan xəbərlər də təsdiqləyir.

Musavat.com xəbər verir ki, mayın 11-də Dağlıq Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hərbçi çağırışçı Ruben Mnatsakanyanın boğulmuş meyiti aşkar edilib.

Bununla bağlı Ermənistanın İstintaq komitəsi məlumat yayıb.

Bir az əvvəl isə Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyinin mətbuat xidməti” adlı oyuncaq qurumu mayın 8-də cəbhə xəttinin şimal hissəsində dislokasiya olunmuş hərbi hissələrdən birində bədbəxt hadisə baş verdiyi xəbərini yaymışdı.

Məlumata görə, Ermənistan ordusunun əsgərləri Ruben Mnatsakanoviç Barseqyan (1998), Rafael Arturoviç Bişaryan (1997) və Ruben Ovannesoviç Mnatsakanyanın (1998) hovuzda boğulduğu xəbərini yayıb. Xəbərdə deyilir ki, axtarış tədbirləri nəticəsində iki hərbçinin meyiti tapılsa da, üçüncüsündən xəbər yox idi.

Faktla bağlı cinayət işi başlanıb.