Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası qrup mərhələsindəki son oyununu keçirib.
Rəqib Türkiyə yığması olub.
İlk yarıda meydan sahibləri 10:8 hesabı ilə üstün olublar. Fasilədən sonra isə fərq daha da artıb – 27:22.
Bu nəticədən sonra Azərbaycan yığması qrupdakı bütün görüşlərini qələbə ilə başa vuraraq, 6 xalla vahid liderə çevrilib. Əvvəlki görüşlərində Georgi Voronovun baş məşqçi olduğu komanda Özbəkistanı 47:21, Kamerunu 28:26 hesabı ilə yenib.
Yarımfinalda rəqib xal qazana bilməyərək, qrupda sonuncu yeri tutan Özbəkistan olacaq. 4 xala malik Türkiyə isə 2 xalla 3-cü olan Kamerunla qarşılaşacaq. Bu görüşlər mayın 13-də olacaq. Final qarşılaşması isə mayın 14-də baş tutacaq/Report.