XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 17:48

Ankarada sui-qəsdə öldürülmüş rus səfirin son arzusu nə imiş? –Həyat yoldaşı açıqladı

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun yeganə arzusu atasının doğulduğu Klintsin şəhərinin Türkiyədəki şəhərlərin biri ilə qardaşlaşması idi.

Bu haqda onun həyat yoldaşı Marina Karlova yerli mətbuata danışıb.

Onun sözlərinə görə, bu, Karlovun son arzularından idi:

“Bu mövzu ilə bağlı demək olar ki, hər gün danışırdıq. Karlov hər söhbətdə bu arzusunu dilə gətirirdi. O istəyirdi ki, Türkiyə və Bryansk bölgəsi (Klintsi şəhəri burada yerləşir – red.) arasındakı iqtisadi əlaqələr inkişaf etsin. Son dəfə bu haqda ölümündən iki həftə öncə danışmışdıq. Arzusunu reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən il 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb/Axar.az.