Avropa Günü ilə əlaqədar keçirilən tədbirlərdən sonra, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirib.
Səfirlikdən Strateq.az saytına bildirblər ki, M.Kindsqrab Lənkəran şəhər icra hakimiyyətinin başçısı ilə görüşüb. Görüşdə rayounun, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı haqqında ətraflı fikir mübadiləsi aparıb. Səfir alman kapitalının da cəlb olunduğu Access Bankın Lənkəran filialına baş çəkib, orada ona bölgədəki aktual iqtisadi vəziyyətlə əlaqədar məlumatlar verilib. M.Kindsqrab Lənkəran konserv zavodunda da olub. Ona zavodun yerli meyvə və tərəvəz istehsalçıları ilə əməkdaşlıq haqqında məlumat verilib. Səfir M.Kindsqrab “Yaşıl çay” şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasıyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə bağlı fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Mixael Kindsqrab ötən ilin sonlarından başlayaraq, diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.
L.SƏMLA