XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 20:04

Hakim məhkəmə binasında həbs edildi –Ermənistanda

Bu gün Ermənistanın Ararat və Vayotsdzorski vilayətinin birinci məhkəmə instansiyasının hakimi Levon Arazyan həbs olunub.

Musavat.com xəbər verir ki, Ermənistanın Məhkəmə departamentinin ictimaiyyətlə əlaqələr və protokol idarəsinin rəisi Arman Xaçatryan məlumatı təsdiqləyib. Ancaq əlavə edib ki, daha ətraflı məlumat bir az sonra yayılacaq.

Onun sözlərinə görə, hazırda Vedi məhkəməsində hüquq-mühafizə orqanları işləyir. Ermənistan mətbuatı yazır ki, hakim elə məhkəmə binasında həbs edilib.