XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 20:25

Cocuq Mərcanlıda 1244 ədəd qəlpə aşkar edilib –ANAMA-dan hesabat

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1244 ədəd qəlpə aşkar edilib.

Bu barədə Strateq.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məumatda bildirilib ki, 79 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 40 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 74 ədəd tank əleyhinə mina (23 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 2 691 692 kv.m (269.2 ha) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb, 1 752 792 kv.m (175.3 ha) ərazi tam təmizlənib, 825 900 kv.m (82.6 ha) ərazi mexaniki üsulla yoxlanılıb, 113 000 kv.m (11.3 ha) ərazi isə ″SENSYS – dərinlik ölçən cihazı″ ilə təkrar dərinliyə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.