XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2015 - 08:25

Bakı-Sumqayıt qatarının hərəkətində fasilə – Səbəb açıqlandı

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov “Trend”ə deyib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb.

Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib: “Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.