XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2017 - 10:22

Küveyt səfiri:“Ola bilsin ki, idmançılarımız İslam Oyunlarında iştirak etsin”

Küveytin Azərbaycandakı səfiri IV İslam Həmrəyliyi Oyunlarında bu ölkə idmançılarının iştirak etməməsinə münasibət bildirib.

 Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi APA-nın sualına cavab olaraq deyib ki, idmançıların yarışlarda iştirak etməsi məsələsi Küveyt dövləti ilə Beynəlxalq Olimpiya Komitəsi arasında həll edilir. Səfir qeyd edib ki, bu, Küveytin Azərbaycandakı səfirliyinin məsələsi olmadığı üçün bu barədə dəqiq məlumatı yoxdur: "Amma məsələnin həlli gözlənilir. Ola bilər ki, iştirak etsinlər".