XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2017 - 12:43

İslam Oyunlarına gələn iranlı idmançılar ölkə prezidentlərini Bakıda seçəcək

Azərbaycan Respublikasında yaşayan iranlıların 12-ci İran İslam Respublikası prezident seçkilərində səsverməsi üçün bütün şərait yaradılıb.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın  Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Azərbaycanda yaşayan İran vətəndaşlarının səsverməsi üçün  səfirliyinin konsulluq binasında səsvermə məntəqəsi olacaq. Cahangirzadə əlavə edib ki, səsvermə bülletenləri Tehrandan gətirilib və Nəzarət Heyəti və seçkiyə icra heyətinin üzvləri də müəyyənləşib.

Seçicilərin siyahısında Bakıda IV İslam Ölkələri Həmrəyliyi Oyunlarında İran idmançıları və idman heyətləri, Bakıda yaşayanlar, təhsil alan tələbələr və ticarət, ticarət fəaliyyətləri və yaxud səyahət məqsədilə Azərbaycanda olan iranlılar daxil edilib: “Proqnozlarımıza görə, Azərbaycandakı səsvermə məntəqəsində min İran vətəndaşının  səs verəcəyi gözlənilir”-deyə səfir bildirib.

Cahangirzadə qeyd edib ki, Azərbaycan hökuməti səsvermə məntəqəsində təhlükəsizliyi tam  təmin edib.