XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2015 - 09:55

Gömrük Komitəsindən “Sınıq Körpü” açıqlaması: “Yalan məlumatdı”

Dövlət Gömrük Komitəsi Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük-keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə yayılan məlumatlara münasibət bildirib.

Komitədən bildiriblər ki, ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində “Sınıq Körpü” gömrük-keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. 

Qurum bildirir ki, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük-keçid məntəqəsində qısamüddətli, cüzi sıxlığın yaranmasına səbəb olub.

O da qeyd olunur ki, dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda “Sınıq Körpü” gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı sıxlıq müşahidə olunmur.