XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2017 - 15:49

Bloklanmış saytlarla bağlı məhkəmə qərarı elanedildi

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə prosesdə qərar elan olunub.

Prosesdə nazirliyin tələbi qəbul edilib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb.

Qeyd edik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.