XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2017 - 16:49

Mərhum huquq müdafiəçisi Elçin Behbudov MTN-lə əməkdaşlıq edirmiş –Ona nə qədər mükafat veriblər?

 

Mərhum Elçin Behbudovun MTN-dən aldığı mükafatın məbləği məlum olub. Bu barədə həbsdə olan MTN generalı Elçin Quliyevin cinayət işi üzrə materiallarda qeyd edilir.

2015-ci ildə vəfat edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etdiyi məlum olub.

MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işində qeyd olunur ki, MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxs “BET”-yə Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin raportları ilə vəsait ödənilib.

"BET" ləqəbli agent Behbudov Elçin Tofıq oğlu olub. Onunla 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfindən etibarlı münasibətlər yaradılıb.

Mərhum Behbudova 25 noyabr 2013-cü ildən hər ay 2000 manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib.

“BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

musavat.com