XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 10:17

Bu gün “Eurovision-2017″ninfinalı keçiriləcək

Bu gün Ukrayna paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.

Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Finaldan bir gün öncə bütün finalçılar son məşqlərini ediblər.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.