XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 15:05

İslamiada:Azərbaycanın 10 cüdoçusundan 9-u finala yüksəlib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsinə start verilib. 

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 kişi və 6 qadın cüdoçusu tatami üzərinə çıxıb.
Onlardan 9-u finala yüksəlib. Kişilərin mübarizəsində Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov və Hidayət Heydərov, qadınlardan isə Aişə Qurbanlı, Bazarraqça Erdenebat, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova bütün rəqiblərini üstələyib. Orucovla Heydərov və Erdenebatla Qurbanlı həlledici qarşılaşmada bir-birilərinə rəqib olublar. İçinxorlo Munxtsedev isə bürünc medal görüşünə çıxacaq.

Cüdo

Kişilər
60 kq
1/4 final. Orxan Səfərov – Əli Xusrof (Yəmən) – 48 saniyəyə ippon
1/2 final. Orxan Səfərov – Otar Bestayev (Qırğızıstan)
FİNAL. Orxan Səfərov – Bekir Özlü (Türkiyə)
66 kq
1/4 final. Nicat Şıxəlizadə – Eysa Majraşi (Səudiyyə Ərəbistanı) – qızıl xalla qələbə
1/2 final. Nicat Şıxəlizadə – Alireza Xojasti (İran) – 3 dəqiqə 24 saniyəyə ippon
FİNAL. Nicat Şıxəlizadə – Houd Zurdani (Əlcəzair)
73 kq
1/8 final. Rüstəm Orucov – Behruzi Xojazoda (Tacikistan) – 2 dəqiqə 45 saniyəyə ippon
1/4 final. Rüstəm Orucov – Yunis Odat Eyal Slman (İordaniya) – 1 dəqiqə 54 saniyəyə ippon
1/2 final. Rüstəm Orucov – Hasan Vanlıoğlu (Türkiyə)
1/8 final. Hidayət Heydərov – Frederik Adebayo Olimpio (Toqo) – 68 saniyəyə ippon
1/4 final. Hidayət Heydərov – Bekadil Şaymerdenov (Qazaxıstan) – qızıl xalla qələbə
1/2 final. Hidayət Heydərov – Qiyosjon Boboyev (Özbəkistan) – 55 saniyəyə ippon
FİNAL. Hidayət Heydərov – Rüstəm Orucov

Qadınlar
48 kq
Yarımfinal. Aişə Qurbanlı – Ayah Kitaneh (İordaniya) – 44 saniyəyə ipponla qələbə
1/4 final. Bazarraqça Erdenebat – Saltanat Sultanbekova (Qazaxıstan) – 3 dəqiqə 14 saniyəyə ippon
1/2 final. Bazarraqça Erdenebat – Vəfa İdrissi Şorfi (Mərakeş) – 3 dəqiqə 38 saniyəyə ippon
FİNAL. Aişə Qurbanlı – Bazarraqça Erdenebat
52 kq
1/4 final. Nəzakət Əzizova – Ester Korin Evala Bondim (Qabon) – 49 saniyəyə ippon
1/2 final. Nəzakət Əzizova – Diyora Keldiyorova (Özbəkistan) – qızıl xalla qələbə
Final. Nəzakət Əzizova – İrem Korkmaz (Türkiyə)
57 kq
1/8 final. İçinxorlo Munxtsedev – Hadil Elalmi (İordaniya)
1/4 final. İçinxorlo Munxtsedev – Ratiba Tariket (Əlcəzair) – 53 saniyəyə məğlubiyyət

Təsəlliverici görüş. İçinxorlo Munxtsedev – Amangül Allanazarova (Özbəkistan) – 2 dəqiqə 23 saniyəyə ippon
Bürünc medal görüşü. İçinxorlo Munxtsedev – Zuleyxa Abzetta Dabon (Kot dİvuar)
1/8 final. Kifayət Qasımova – Yusra Əlbuhayri (Mərakeş) – 1 dəqiqəyə ipponla qələbə
1/4 final. Kifayət Qasımova – Kseniya Beldyagina (Qırğızıstan) – 2 dəqiqə 34 saniyəyə ippon
1/2 final. Kifayət Qasımova – Zuleyxa Abzetta Dabon (Kot dİvuar) – qələbə
FİNAL. Kifayət Qasımova – Ratiba Tariket (Əlcəzair)

63 kq
1/4 final. Xanım Hüseynova – Ayna Jumakuliyeva (Türkmənistan) – 1 dəqiqə 29 saniyəyə ippon
1/2 final. Xanım Hüseynova – Meryem Byaui (Tunis) – qələbə
FİNAL. Xanım Hüseynova – Büsra Katipoğlu (Türkiyə)
Qeyd edək ki, Heydər Əliyev adına Arenada keçirilən cüdo yarışlarında final mərhələsinə saat 18:10-da start veriləcək.