XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 15:26

“Eurovision-2017″nin final mərhələsinin təhlükəsizliyinə10 min polis cəlb olunub

Bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinin təhlükəsizliyi üçün 10 min polis cəlb olunub. Onun 3,5 min nəfəri mahnı müsabiqəsi keçiriləcək rayonda cəmləşəcək.

Azərtac xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Ukraynanın hüquq-mühafizə orqanlarının nümayəndələri təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün müvafiq tədbirlər həyata keçiriblər.

Xatırladaq ki, "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi bu gün yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.