XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 14:37

Azərbaycandan ərəblər üçün sadələşdirilmiş viza rejimi

viza.jpg

Noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimindən istifadə etməklə gələ biləcəklər.

Bu barədə “Gulf News” qəzeti Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, BƏƏ vətəndaşları artıq Azərbaycana gəldikdən sonra ölkənin istənilən aeroportunda viza əldə edə biləcəklər.

Vizanın etibarlılıq müddəti 30 gün təşkil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq sərnişin daşımalarını həyata keçirən altı aeroport fəaliyyət göstərir (Bakıa, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə).

Trend