XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2017 - 16:55

AZAL futbol klubu yeni adla I diviziondamübarizə aparacaq

AZAL peşəkar futbol klubunun ləğv edilməsi ilə bağlı bəyanat azarkeşlərin, fanklub üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Azərtac klubun saytına istinadla xəbər verir ki, bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb. Klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq yeni mövsümdən AZAL-ın məhz qəsəbənin adını daşıyan “Şüvəlan” klubu adı ilə fəaliyyətini davam etdirməsi qərara alınıb.

“Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq.

Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir.