XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 18:32

Azərbaycan cüdoçuları “Bakı-2017”dəilk qızıl medal qazanıblar

Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar.

Azərtac xəbər verir ki, qızıl medalı komandamızın aktivinə Erdenebat Bazarraqça yazdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Bazarraqçanın rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb.