XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 20:35

Azərbaycan karateçilərinin “Bakı-2017”də ilk qızıl medalınıFəridə Abiyeva qazanıb

Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar.

Azərtac xəbər verir ki, karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abıyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

F.Abıyeva səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. O, yarışın dörddəbir finalında Kot-d`İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan F.Abıyeva komanda yarışlarında Avropa çempionu olub.