XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 20:15

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularınmükafatlandırma mərasimində iştirak edib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəkidə idmançımız Nicat Şıxəlizadə birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Cüdoçuların yarışını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da izləyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.