XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 22:23

Azərbaycan paracüdoçusu Afaq Sultanova da İslamiadanınqızıl medalını qazandı

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının finalında qalib gələn Afaq Sultanova Azərbaycana doqquzuncu qızıl medalı qazandırıb.

Azərtac xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

Paralimpiyaçı idmançımız Afaq Sultanova Azərbaycanı dəfələrlə Yay Paralimpiya Oyunlarında təmsil edib. O, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarının, 2010-cu və 2011-ci illərdə dünya çempionatlarının qızıl medalçısıdır.