XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2017 - 22:59

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında10-cu qızıl medalı

Mayın 13-də cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında özlərinin altıncı, Azərbaycan milli komandasının isə 10-cu qızıl medalını qazanıblar.

Azərtac xəbər verir ki, Azərbaycanın “Bakı-2017”də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.

“Bakı-2017”də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı – Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.

Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.