Bu gün futbol üzrə Topaz Premyer Liqasının 12-ci turunun son oyunu keçirilib. Matçda turnir cədvəlinin qonşu pillələrində qərarlaşan “Qəbələ” və “İnter” qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Matçın 30-cu dəqiqəsində “Qəbələ”nin hücumçusu Aleksey Antonov hesabı açıb.
Bundan 5 dəqiqə sonra “İnter”in futbolçusu Dieqo Martins bərabərlik qolunu vurub 1:1. Heç-heçəyə baxmayaraq “Qəbələ” turnir cədvəlinin ikinci pilləsindəki yerini qoruyub. “İnter” isə xallarını 20-yə yüksəldərək dördüncü pilləyə qalxıb.
Turnir cədvəlinə 29 xalla son çempion “Qarabağ” başçılıq edir.