Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışlarında 68 kiloqrama qədər çəkidə çıxış edən Azərbaycan karateçisi İrina Zaretskaya yarımfinala çıxıb.
1/4 finalda Nadu Məhəmmədi 4:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. (Trend)