XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2017 - 12:26

İslamiada: Qadın idman gimnastlarımızqızıl medal qazanıb

Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yerdədirlər.

Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl medal qazanıb.

Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanıb. (APA)