XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2017 - 12:57

Sabah yağış yağacaq –Nazirlikdən sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə  12-14° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  757 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz  19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.