XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 17:08

Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobilpartlayıb

Əfqanıstanın cənubunda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb.

Bu barədə “Khaama Press” agentliyi Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Şənbə günü “Taliban” silahlılarının avtomobili Qəndəhar vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Nəticədə 10 silahlı ölüb, 7 silahlı isə yaralanıb.

Qeyd edək ki, “Taliban” tez-tez belə qurğulardan hökumət qüvvələrinin əleyhinə silah kimi istifadə edir.  (APA)