XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2017 - 20:05

İslamiada: Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”ninçempionu olublar

Bu gün  qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər – 28:26.

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. (APA)