XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2017 - 23:18

İlham Zəkiyev Azərbaycana daha birmedal qazandırdı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir bürünc medal qazandırıb.

Trend-in məlumatına görə, bürünc medal uğrunda gedən mübarizədə İ.Zəkiyevin rəqibi Türkiyə təmsilçisi Hayran Dursun olub. İ.Zəkiyev ipponla qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.