XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 07:32

Atma, yarat! – Şəhər sakinləri üçün maraqlı layihə

“Təmiz Şəhər” ASC yeni və funksional dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edir. 

Bu barədə Strateq.az-a ASC-nin mətbuat xidmətindən məlumat verilib. Sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq. 

Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını “Tullantim.az”ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmziliyində, tullantılarının azaldılmasında xidmət edəcəklər. 

Bundan başqa saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları  idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir. 

“Təmiz Şəhər” ASC hər kəsi “Tullatim.az” layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırıb.