XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 08:57

Reklamçılar İttifaqı: “Reklamın bir mənbədən idarə olunması korrupsiyaya yol açır”

reklam konfrans.jpg

Noyabrın 10-da Bakıda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr edilən konfrans işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransı “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacı Əmi Atakişiyev açaraq “Reklam haqqında” Azərbaycan Respublikasının yeni qanunu haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarına əsasən ardıcıl tədbirlər həyata keçirilir. “Reklam haqqında” yeni qanun da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. ölkəmizdə “Reklam haqqında” qanun bazar iqtisadiyyatına keçidin ilk mərhələsində – 1997-ci ildə qəbul olunmuşdu. Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin yeni mərhələsinə keçdiyi üçün bu qanunda müəyyən boşluqlar yaranıb. Bu da reklam bazarının büdcəmizin formalaşmasında zəif iştirakına səbəb olur.

İctimai Birliyin sədri qeyd edib ki, bu gün reklam bazarının vəziyyəti o qədər də ürəkaçan deyil. Reklamlarda dil, üslub, keyfiyyət, reklamın yerləşdirilməsi və ona nəzarətin bir mənbədən idarə olunması inhisarçılığa və korrupsiya hallarına gətirib çıxarır.

Konfransda ictimai birliklərin reklam bazarının tənzimlənməsində rolu, reklam sahəsində standartların müəyyənləşdirilməsi, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi, reklamda dil və üslub mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.