Həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, kassasiya şikayətində M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.