XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 19:08

Prezident Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən Azərbaycan Respublikasının Seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz olunub. 97.2.2-ci maddənin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.